Dünyanın məşhur qadınları Azərbaycana gəlir - QƏNİRƏ PAŞAYEVANIN DƏVƏTİ İLƏ

  • By admin
  • 20 İyun 2018 00:14

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Q.Paşayeva dünyanın bir sıra nüfuzlu təşkilatlarının rəhbərləri – Polşanın “ABC Data” şirkətinin rəhbəri İlona Weiss, Hindistanın “CİCO Technoligies” şirkətinin rəhbəri Anasuya Gupta, Avstraliyanın “Flamingo AL” şirkətinin qurucusu və prezidenti Catriona Wallace,Avstraliyanın First “Australians Capital LTD” şirkətinin rəhbəri Jocelyn King, “Carnival Australia”-nın rəhbəri Ann Sherry, Yaponiyanın “Poppins,İnc” şirkətinin rəhbəri Noriko Nakamura ilə görüşüb.

Gununsesi.info bildirir ki, görüş zamanı onlara Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də bağlı məlumatlar verib. Q.Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan vermir. Müzakirələr zamanı millət vəkili Q.Paşayeva onlara ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb.

İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib. Bütün müsəlman şərqində qurulan ilk demokratik, parlamentli cümhuriyyət olan ölkəmiz barədə, onun iqtisadi inkişafı, potensialı, mədəniyyəti barədə də geniş məlumatlar verən, Azərbaycanın böyük iqtisadi potensialı barədə də danışan millət vəkili Q. Paşayeva onları Azərbaycana dəvət edib