Rusiya müharibəyə hazırlaşır

  • By admin
  • 20 İyun 2016 15:40

rusya

 

Kanada kəşfiyyatı Rusiyanın Ukraynanın torpaqlarını işağal etməyə hazırlaşdığını və bu məqsədlə müharibə hazırlığı gördüyünü bəyan edib. Gununsesi.info “Gazeta Wyborcz”-a istinadən xəbər verir ki, Rusiya bu dəfə hibrid müharibəsi deyil, açıq müharibə yolu ilə Ukrayna torpaqlarını işğalını qarşıya hədəf qoyub. Bu məqsədlə Rusiya son zamanlarda öz ordusunda genişmiqyaslı hazırlıq işi aparır və modernləşmə prosesi gedir.

Kanadanın CSIS kəşfiyyat idarəsinin mütəxəssislərinin hazırladığı 104 səhifəlik hesabatda bu məsələyə geniş yer ayrılıb. Hesabatda ekspertləri belə bir qərara gəlməyə vadar edən əsas amil Rusiyanın son dövrlərdə həyata keçirdiyi daxili və xarici siyasətdir. Rusiya prezidenti Vladimir Putin xarici təsir gücünü artırmaq məqsədi ilə öz işğalçı siyasətini genişləndirməyə çalışır.

CSIS ekspertləri onu da qeyd edirlər ki, Rusiya bu işğalçılıq siyasətini həyata keçirən zaman heç nədən çəkinmədən açıqcasna edəcək.

Qərb də Rusiyanın bu cəhdlərinin qarşısını almaq məqsədi ilə Şərqi Avropaya yerləşdirməyə başlayıb.

CSIS-in hesabatında eyni zamanda Rusiyanın Avropa və Şimali Amerika ilə əməkdaşlıqda maraqlı olmadığı qeyd olunur.