Rusiya Odessaya dənizdən hücuma hazırlaşır - Baş Qərargah

  • By admin
  • 02 Mart 2022 16:25

“Qara dəniz əməliyyat zonasında rus işğalçıları Ukraynanın Qara dəniz sahillərinə (Zatoka və Odessa vilayətinə – red.) amfibiya hücumuna hazırlaşmağa davam edir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Qara Dəniz Donanması mülki əhalinin arxasında gizlənməyə çalışır.

Baş Qərargahın məlumatına görə, bu gündən etibarən Rusiya Federasiyasının hərbi gəmiləri canlı qalxan kimi HELT mülki gəmisinin Qara dəniz təhlükə zonasına daxil olmasını tələb edir. Əks halda, Rusiya gəmiləri HELT-ə atəş açacaq”.

Gununsesi.info