“Rusiya ordusu uzun müharibəyə hazır deyildi” – PENTAQON

  • By admin
  • 22 Mart 2022 17:06

Rus əsgərləri bu qədər uzun müharibəyə hazır deyildi və bu səbəbdən mənəvi problemlər yaşayırlar.

Gununsesi.info  xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. “Rusiya əsgərləri bu qədər intensiv və uzunmüddətli əməliyyatlara hazır deyildilər. Onlar belə səviyyədə müqavimət gözləmirdilər. Bəzilərinə Ukraynada nə edəcəkləri belə, deyilməyib”, – Pentaqondan bildiriblər.

Məlumatda o da qeyd olunur ki, Rusiya çağırışçıların səylərinə arxalanmaqda davam edir: “Biz bilirik ki, onlar çağırışçılara güvənirlər. Rusiya qoşunlarının zəifliyi komandanlığın təşəbbüskar olmamasındadır. Həmçinin Rusiya ordusu maddi-texniki təchizat və dəstək problemlərindən əziyyət çəkir”.

Gununsesi.info