Rusiya ordusundan dəhşətli hücum: 200 ölü var

  • By admin
  • 20 Aprel 2021 11:16

Dünən gecə Rusiya qırıcıları Suriyanın Palmira məntəqəsinin şimal şərqindəki bazaya zərbələr endirib.

Gununsesi.info xəbər verir ki, bombardman nəticəsində 200-ə yaxın insan öldürülüb.

“Röyter” agentiliyi bildirib ki, Rusiya qırıcıları partlayıcı cihazlarla silah-sursat, avtomobillər və digər komponentlərə zərbələr endirib.

Rusiyanın zərbə endirdiyi bölgədə silahlı müxaliflərlə yanaşı mülki insanların da olduğu qeyd edilir. Hücumdan sonra bölgədə alov müşahidə olunub.