Rusiya öz qoşunlarının 20 faizini Kiyevə toplayır - Pentaqon

  • By admin
  • 31 Mart 2022 13:01

“Rusiya əvvəllər Kiyev ətrafında cəmləşdirdiyi qüvvələrinin 20%-dən azını yenidən ora yerləşdirib. Bəzi qüvvələr isə Belarusa çəkilib”.

Gununsesi.info xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

Onun sözlərinə görə, Kiyev hələ də havadan və qurudan zərbələrə məruz qalır.

“Hesablamalarımıza görə, bu qoşunların bəziləri Belarusa doğru hərəkət edir. Sizin üçün dəqiq rəqəmimiz yoxdur, lakin bu, bizim ilkin hesablamalarımızdır. Əgər ruslar gərginliyin azaldılmasında ciddidirlərsə, onlar qoşunları ölkələrinə geri çəkməlidir. Çünki bu, onların iddiasıdır. Amma bunu hələ ki, etmirlər”, – Pentaqon sözçüsü bildirib.

Gununsesi.info