
“Rusiya Qarabağ münaqişəsinin həllində mühüm rol oynayır”.
Gununsesi.info xəbər verir ki, bunu TASS-a açqlamsında Ermənistanın yeni prezidenti Aram Sərkisyan deyib.
“Son nəticədə bütün regional münaqişələr həll olunur və tamamilə keçilə biləcək bir mərhələdir. Çünki indiyədək tarixdə bundan da dəhşətli və dramatik münaqişələrə şahidlik edilib”,- deyə Aram Sərkisyan vurğulayıb.
Qarabağ münaqişəsinin həlli yollarından danışan Aram Sərkisyan deyib ki, Rusiya ATƏT Minsk qrupunun həmsədrlərindən biri kimi Qarabağ münaqişəsinin həllində mühüm rol oynayan ölkədir.
Onun sözlərinə görə, məhz Rusiyanın səyləri nəticəsində 23 il əvvəl cəbhə xəttində atəşkəsin əldə olunmasına nail olunub.
“Biz münaqişənin vasitəçilərin səyi nəticəsində sülh yolu ilə həllini yüksək dəyərləndiririk. Qarabağ münaqişəsi ancaq və ancaq siyasi iradə nəticəsində həll oluna bilər”,- deyə A. Sərkisyan bildirib.
Gununsesi.info












