Rusiya rublu sürətlə çökür

  • By admin
  • 07 Mart 2022 17:34
Martın 7-də səhər beynəlxalq hərraclarda rubl 10 faizdən çox ucuzlaşaraq 1 dollar üçün 138 rubl təşkil edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Bell” məlumat yayıb. Bu, ABŞ-ın Rusiyadan neft idxalına embarqonu ciddi şəkildə nəzərdən keçirməsi xəbəri fonunda baş verib. Məlumata görə, ABŞ administrasiyası embarqo variantlarını ciddi şəkildə nəzərdən keçirir və bu tədbirin daxili bazara təsirini öyrənir.
Rusiya neftinə qoyulan qadağanın miqyası və müddəti hələ müəyyən edilməyib. ABŞ-ın bu addımı təkbaşına – Rusiya neftindən asılı olan Avropanın iştirakı olmadan atacağı istisna edilmir.
Bloomberg-in məlumatına görə, saat 12.23-ə olan vəziyyətə görə, 1 avro 143 rubldur.
Gununsesi.info