“Rusiya sonda seçkinin nəticələrini tanımalı olacaq”

“Ermənistanda Paşinyanın qazandığı səslərin etibarsız sayılması mümkün deyil. Çünki dünyanın bir çox ölkəsindən ona təbrik mesajları göndərilir və seçkinin nəticələri ümumilikdə qəbul olunur”.

Gununsesi.info bildirir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

“Yalnız Rusiya seçkidən sonra müəyyən təzyiq siyasətini davam etdirir. Bu, gözlənilən idi. Görünən odur ki, Rusiya Paşinyanın seçkini qazandığı halda Avropa İttifaqı ilə daha sıx yaxınlaşmasının qarşısını almağa, Moskvanın maraqlarına zərər verə biləcək inteqrasiya proseslərində daha ehtiyatlı davranmasına çalışır. Bu, Rusiyanın müxtəlif ölkələrdə istifadə etdiyi tanınmış bir yanaşmadır və buna oxşar hallara dəfələrlə rast gəlinib.

Bununla belə, Rusiya sonda seçkinin nəticələrini tanımalı olacaq. Çünki nəticələrin Mərkəzi Seçki Komissiyası tərəfindən rəsmi elanından sonra tanınmama mövqeyi yalnız siyasi münasibət kimi qiymətləndirilə bilər və bu, seçkinin legitimliyini şübhə altına almır. Bu, daha çox siyasi və psixoloji təzyiq vasitəsi kimi dəyərləndirilir”.

 

 

 

Şəbnəm

Gununsesi.info