“Rusiya Ukraynanın cənub-şərqində sülhməramlı missiyada iştirak edə bilməz”.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko Kanadanın CBC telekanalına müsahibəsində bəyan edib.
“Bu mümkün deyil. Çünki Rusiya birbaşa münaqişə tərəfidir”, deyə P.Poroşenko bildirib.
Onun sözlərinə görə, rəsmi Moskva sülhməramlılarını yalnız ATƏT müşahidəçilərinin mühafizəçisi qismində görür. “Əgər Rusiya BMT Təhlükəsizlik Şurasının qərarına veto qoysa, Ukrayna Beynəlxalq Məhkəməyə müraciət edəcək”, P.Poroşenko əlavə edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ATƏT müşahidəçilərinin təhlükəsizliyini təmin etmək üçün BMT sülhməramlılarının Ukraynada yerləşdirilməsini dəstəkləyib. Bununla belə rəsmi Moskva beynəlxalq qüvvələrin yalnız qoşunların təmas xəttində yerləşdirilməsini zəruri sayır.
Gununsesi.info