Rusiya sülhməramlıları Qarabağda atəş açdılar

  • By admin
  • 11 Fevral 2022 11:12

Rusiya sülhməramlıları Qarabağdakı poliqonda atıcı silahlardan və BTR-82A-dan atış təlimləri keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatında bildirilib.

“BTR-82A-dan tək və qrup hədəflərə atış təlimləri həyata keçirilib”, – deyə rəsmi məlumatda qeyd edilib.

Həmçinin Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti atıcı silahlardan atəş hazırlığı üzrə təlimlər keçirib. Təlimlərə 10-a yaxın hərbi və xüsusi texnika cəlb olunub.

Xatırladaq ki, Rusiya sülhməramlıları Qarabağdakı 27 müşahidə məntəqəsində monitorinq aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir.

Gununsesi.info