Rusiya təyyarəsi qəzaya uğradı

  • Müəllif: Orxan
  • 03 Aprel 2026 14:08

Krımda təlim uçuşu zamanı Su-30 təyyarəsi qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ekipaj katapult edib və təyyarə sursatsız uçurmuş.

Təyyarə heyəti yerüstü axtarış-xilasetmə qrupu tərəfindən təxliyə edilib. Pilotların həyatı üçün heç bir təhlükə olmadığı bildirilib.

Gununsesi.info