Rusiya Türkiyə çarter reyslərində ciddi problemlər

  • By admin
  • 05 İyul 2016 12:18

reys

 

Türkiyədə istirahət etmək istəyən Rus turistlər indi də çarter reyslərinin çatışmazlığı nəticəsində istirahətini bu ölkədə reallşadırmaq təhlükəsi ilə üzləşiblər. Gununsesi.info “vedomost”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Turoperatorlar Assosiasiyasınn vitse-prezidenti Dmitriy Qorin verib.

D.Qorinin sözlərinə görə, çarter reyslərində çatışmazlığın və problemin yaranması Rusiyanın aviaşirkətlərində təyyarə çatışmazlığı ilə bağlıdır. “Çünki aviaşirkətlər üzləşdiyi böhran nəticəsində ixtisarlar edib”, -o qeyd edib.

D.Qorin problemin digər əsas səbəbini Rusiya prezidentinin Türkiyəyə qarşı sanksiyaların aradan qaldırılmasından öncə yarandığın deyib.

Belə ki, sanksiya müddətində turizm daşıması bazarında əsas sərnişin daşıyan şirkətlərin bazardan çıxması ilə əlaqədardır. “Transaero” kimi böyük sərnişin və yükdaşıyan şirkət bu bazardan çıxıb. D.Qorin deyib ki, kütləvi çarter reyslərini ancaq avqust ayında qaydasına salmaq mümkün olacaq.

 

Gununsesi.info