Rusiya Ukrayna sərhədinə 3 qvardiya yerləşdirdi

  • By admin
  • 24 İyul 2017 13:31

 

esger-sengerde

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın Müdafiə naziri Nikolay Mujenko Rusiyanın Ukrayna sərhədinə 3 qvardiya yerləşdirdiyini açıqlayıb.

Xüsusi təlim görmüş əsgərlərdən ibarət qvardiyaların qəfil baş verə biləcək hücumların qarşısını almaq məqsədilə ölkə sərhədinə yerləşdirildiyi bildirilir.

Ukraynanın Xarici İşlər naziri Pavlo Klimkin Rusiyanın məqsədyönlü şəkildə Ukraynadakı gərginliyi artırdığını iddia edir.

Gununsesi.info