Rusiya Ukraynada bioloji silah “tapdı”

  • By admin
  • 06 Mart 2022 20:47

Moskva Ukraynanın bioloji laboratoriyalarının işçilərindən bioloji silahın komponentlərinin Ukraynada, Rusiya ərazisinə yaxın yerdə hazırlandığını təsdiqləyən sənədlər alıb.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.

O bildirib ki, xüsusi hərbi əməliyyat zamanı ABŞ Müdafiə Nazirliyinin Ukraynada maliyələşdirdiyi hərbi-bioloji proqramda izlərin silinməsi faktları aşkarlanıb.

Gununsesi.info