Rusiya Ukraynada daha 490 hərbçisini itirdi - FOTO

  • By admin
  • 11 Yanvar 2023 11:22

Rusiya Ukraynada son sutka ərzində daha 490 hərbi qulluqçusunu itirib.

Gununsesi.info “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın müharibədə ümumi canlı qüvvə itkisi 112 960 nəfərə yüksəlib.

Həmçinin Rusiya ordusuna məxsus xeyli hərbi texnika da sıradan çıxarılıb. Belə ki, 10 tank, 5 zirehli döyüş maşını, 5 artilleriya sistemi və 2 dron son sutkada Ukrayna qüvvələri tərəfindən vurulub.

Rusiyanın müharibə başlayandan bəri itirdiyi hərbi texnikaların siyahısı isə aşağıdakı infoqrafikada göstərilib:

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Gununsesi.info