Rusiya Ukraynada sükut rejimi elan etdi

  • By admin
  • 07 Mart 2022 10:20

Rusiya növbəti dəfə Ukrayna ərazisində sükut rejimi elan edir.

Gununsesi.info “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sükut rejimi yerli vaxtla saat 09:00-da (Bakı vaxtilə 11:00) tətbiq olunacaq.

Eyni zamanda Kiyev, Mariupol, Xarkov və Sumı şəhərlərindən dinc sakinlərin çıxarılması üçün humanitar dəhlizlərin açılması nəzərdə tutulur.

Qeyd edək ki, martın 5-də Rusiya tərəfii Ukraynada sükut rejiminin tətbiq olunduğunu və humanitar dəhlizlərin açıldığını bildirmişdi.

Gununsesi.info