Rusiya Ukraynaya nüvə zərbəsi endirə bilərmi?

  • By admin
  • 18 Aprel 2022 21:42

Rusiyanın nüvə zərbəsi endirməsinin mənası yoxdur, taktiki nüvə silahı cəbhədəki vəziyyəti dəyişməyəcək.

Gununsesi.info xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Oleq Jdanov çıxış edib.

“Amma bu gün Böyük Britaniya bəyan edib ki, Rusiya kütləvi qırğın silahından istifadə edərsə, bu, kimyəvi silahdır, Britaniya birtərəfli qaydada, digər NATO ölkələri ilə məsləhətləşmədən, tərəfdaş ölkələrlə birlikdə cavab zərbəsi endirmək hüququnu özündə saxlayır. Artıq Rusiyaya rəsmi xəbərdarlıq edilib”, – Jdanov vurğulayıb.

Gununsesi.info