Rusiya və Çin bu dəfə də Bəşər Əsədi xilas etdi

  • Müəllif: admin
  • 02 Mart 2017 00:19

Russia's UN Ambassador Vitaly Churkin (top, arm raised) and China's deputy U.N. Ambassador Wang Min vote in the United Nations Security Council against referring the Syrian crisis to the International Criminal Court for investigation of possible war crimes at the U.N. headquarters in New York May 22, 2014. REUTERS/Lucas Jackson (UNITED STATES - Tags: POLITICS)

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının Suriya hökumətinə qarşı sanksiyalar tətbiq etməyi nəzərdə tutan qərar layihəsinə veto qoyub.

Gununsesi.info NTV.ru saytına istinadən xəbər verir ki, sözügedən qərar layihəsi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan İngiltərə və Fransa tərəfindən hazırlanıb.

Həmin sənədin BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməsinə ABŞ və digər Qərb ölkələri də dəstək veriblər. Ancaq BMT Təhlükəsizlik Şurasının digər daimi üzvləri olan Rusiya və Çin sözügedən qərar layihəsinə veto qoyub. Bununla da Bəşər Əsəd hökumətinə sanksiyalar tətbiq edən həmin sənəd qəbul edilməyib.

Gununsesi.info