Rusiya və Qərb arasında konfrontasiyanın həddi ən yüksək nöqtəyə çatıb - LUKAŞENKO

  • By admin
  • 08 Oktyabr 2019 17:09

Belarus prezidenti Aleksandr Lukaşenko Qərb və Rusiya arasındakı qarşıdurmanın özünün ən yüksək səviyyəsinə gəlib çatdığını söyləyib.

Gununsesi.org-un verdiyi məlumata görə, Belarus lideri hər iki tərəfin təhlükəsizlik və tərksilah sahələrində çalışan ekpsertlərinin bu situasiyadan narahat olduqlarını dilə gətirib.

“Rusiya və NATO-nun lokal konflikti qlobal nüvə müharibəsinə çevirmələri üçün cəmi bir neçə dəqiqə kifayətdir”,-deyə Aleksandr Lukaşenko qeyd edib.

Prezidentin sözlərinə görə, 1987-ci ildə imzalanan “Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında saziş”in qüvvəsinin bitməsi həm ABŞ-ı, həm də Rusiyanı uçuruma doğru aparır.

Qeyd olunur ki, bundan öncə Aleksandr Lukaşenko rəsmi Minskin Rusiya əleyhinə Qərblə dostluq etməyəcəyini bildirmişdi. O, ümumiyyətlə, ölkəsinin Şərq və Qərb arasında seçim qarşısında buraxılması söhbətlərinin əleyhinə olduğunu vurğulayıb.

“Bizim mövqeyimiz belədir. Biz bir tərəfdən Rusiya və Çinlə münasibətlərimizi, dogrə tərəfdən də ABŞ və Avropa Birliyi ilə əlaqələrimizi özümüz müəyyənləşdirəcəyik”, – deyə Belarus dövlət başçısı söyləyib.

Onun bildirdiyinə əsasən, ABŞ tərəfi heç vaxt Belarusun belə şərtlər irəli sürməsinə görə inciməyib.

 

 

Gununsesi.org