Rusiya vətəndaşlarına Gürcüstanda əmlak qadağası

  • By admin
  • 24 Oktyabr 2021 09:32

Rusiya vətəndaşlarının Gürcüstanda daşınmaz əmlak alması/qeydiyyatı qadağan oluna bilər.

 

Gununsesi.info  gürcü mediasına istinadla xəbər verir ki, bu barədə sıravi vətəndaş Mamuka Qvadzabianın parlamentə təqdim etdiyi qanun layihəsində qeyd olunub.

 

Təklif müəllifinin fikrincə, Rusiya Gürcüstanın ərazilərini işğal etməkdə davam etdikcə, onun vətəndaşlarına Gürcüstanda daşınmaz əmlak alması/qeydiyyatı qadağan edilməlidir. Parlament Bürosundan artıq sözügedən qanun layihəsinin Hüquq Məsələləri Komitəsində baxılması tapşırılıb.

 

Qeyd edək ki, Gürcüstanda qeydiyyatda olan Rusiya vətəndaşları ilə bağlı son illərin dəqiq məlumatları məlum olmasa da, Hökumət Miqrasiya Komissiyasının dərc etdiyi 2019-cu il Miqrasiya Profilində son 4 ildə xarici vətəndaşların Gürcüstanda qeydiyyata aldığı daşınmaz əmlakın 40%-nin Rusiya vətəndaşlarına məxsus olduğu bildirilir.

 

O cümlədən, profilə əsasən, 2015-2018-ci illərdə Rusiya vətəndaşları tərəfindən mülkiyyət kimi qeydiyyata alınan daşınmaz əmlakların sayı 15 133 olub.

Gununsesi.info