Rusiya Xəzərdə hərbi parad keçirdi

  • By admin
  • 31 İyul 2022 20:50

İyulun 31-də Rusiyanın Hərbi Dəniz Qüvvələri Günü münasibətilə Xəzər dənizində keçirilən hərbi-dəniz paradında Rusiyanın Xəzər Donanmasının 40-a yaxın döyüş gəmisi iştirak edib.

Gununsesi.info TASS-a istinadla xəbə veri ki, Xəzərdə keçiriləcək hərbi-dəniz paradında Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri də qatılıb.

Dağıstanın Şimali Qafqaz Respublikasının Kaspiysk şəhərində keçirilən hərbi dəniz tədbirində 500 hərbçi, 40-a yaxın döyüş gəmisi və atıcı kater, 20-dən çox hərbi və xüsusi texnika toplanıb.

Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, dəniz paradında dənizçilər Xəzər Donanmasının imkanlarının dinamik nümayişində dənizdə və sahildə döyüş əməliyyatlarını nümayiş etdiriblər