Rusiya Xankəndində mitinq təşkil edir

  • By admin
  • 30 Oktyabr 2022 18:32

Bu gün Xankəndində on minlərlə insanın iştirak etdiyi mitinq keçirilib.

Gununsesi.info xəbər verir ki, Rusiyanın Ermənistanın müxalif qüvvələrinə verdiyi dəstək nəticəsində baş tutan aksiyada “müstəqillik” tələbləri irəli sürülüb.

Bu mitinqlə Rusiya Azərbaycanın suverenliyinin əks olunduğu və Paşinyanın imzalamaq istədiyi sülh sazişini pozmaq istəyir.

Qeyd edik ki, sabah  Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü olacaq.

Bir neçə gün öncə isə Rusiya prezidenti Putin belə bir fikir  səsləndirib:

Biz Ermənistan xalqının nə istədiyinə ciddi önəm veririk, onların Dağlıq Qarabağla bağlı istəklərinə Biz hörmətlə yanaşacağıq.

Bu sözlərdən sonra prezidentlərin üçtərəfli görüşünə 1 gün qalmış belə bir aksiyanın təşkili, sözsüz ki, Putinin nə demək istədiyini və niyyətinin nə olduğunu açıq-aşkar göstərir.

Gununsesi.info