Rusiya xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyur

  • Müəllif: admin
  • 16 Mart 2020 23:03

Rusiya hökuməti xarici vətəndaşların ölkəyə girişini müvəqqəti olaraq dayandırır.

Gununsesiaz.info “RİA Novosti”yə istinadən xəbər verir ki, rəsmi Moskva bu qərarı koronavirusun yayılması səbəbindən qəbul edib. Məhdudlaşma martın 18-dən mayın 1-dək qüvvədə olacaq.

Qadağa yük maşını sürücülərinə, diplomatlara və Rusiyada daimi yaşayanlara aid edilmir.

 

 

Gununsesiaz.info