Rusiya XİN Azərbaycanın erməni hərbçilərini təhvil verməsini alqışlayıb

  • By admin
  • 09 Fevral 2022 20:01

“Bu il fevralın 7-də Azərbaycanın 8 erməni hərbçisini Ermənistana təhvil verməsini alqışlayırıq. Ermənistan-Azərbaycan münasibətlərindəki problemli məsələnin tezliklə aradan qaldırılması və məhbusların “hamı üçün” formuluna uyğun olaraq mübadiləsinin başa çatdırılması vacibdir”.

Gununsesi.info-nun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Zaxarova xatırladıb ki, 2020-ci il dekabrın 2-də Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ümumilikdə 146 nəfər geri qaytarılıb: “127 hərbi əsir Ermənistan tərəfinə, 19 nəfər isə Azərbaycan tərəfinə qaytarılıb. Təbii ki, biz münaqişə zamanı itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün səy göstərməyi vacib hesab edirik”.

 

 

Gununsesi.info