Rusiyada baş verən təyyarə qəzasında iki nəfər ölüb

  • By admin
  • 13 Sentyabr 2020 10:02

Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. 

Gununsesi.info RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində təyyarədə olan pilot və sərnişin dünyasını dəyişib. Onların cəsədləri təyyarənin içərisində tapılıb.

Qeyd edək ki, təyyarə qəza zamanı Şelkovo ərazisindəki gölməçəyə düşüb.

Qəzanın başvermə səbəbi açıqlanmayıb.

 

 

Gununsesi.info