Rusiyada böyük bazar yanır - VİDEO

  • By admin
  • 15 Yanvar 2023 09:16

Rusiyanın Samara vilayətində güclü yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, Kinel şəhərində ərzaq bazarı yanır. Yanğın sahəsi 1,5 min kvadratmetrdir.

Market dəmir yolu vağzalının yaxınlığında yerləşir. Hadisə yerinə yüzə yaxın yanğınsöndürən və 30-dan çox texnika cəlb olunub.

Yanğın barədə məlumat saat 14:33-də daxil olub. O vaxtdan bəri yanğın sahəsi yalnız artıb. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Alovun demək olar ki, bütün ticarət pavilyonlarını əhatə etdiyi məlum olub.

Gununsesi.info