Deputatların məzuniyyəti başa çatır

  • By admin
  • 15 Yanvar 2023 09:21

Sabah Milli Məclis deputatlarının məzuniyyəti başa çatır.

Gununsesi.info xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.

Beləliklə, 16 yanvar -31 yanvar aralığında parlamentin komitələrinin iclası keçiriləcək. Milli Məclisin yaz sessiyası isə fevralın 1-də başlanacaq və mayın 31-dək davam edəcək.

Gununsesi.info