Rusiyada “gənclik yaşı” qaldırıldı

  • By admin
  • 22 İyul 2020 15:04

Rusiyada gənclik dövrü 35 yaşa kimi hesab olunacaq.

Gununsesi.org-un məlumatına görə, bununla bağlı Dövlət Dumasına qanun layihəsi təqdim edilib.

Sənədin mətnində, həmçinin, “gənclik”, “gənc ailə” və “gənclər siyasəti” anlayışlarının federal səviyyədə möhkəmləndirilməsi təklif olunur.

Məlumata görə, Rusiya hökumətinin gənclərlə bağlı siyasəti gələcəkdə həmin dəyişikliklər əsasında qurulacaq.

 

 

Gununsesi.org