“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması danışıqlarda iştirak edən ölkələrin marağındadır” - RUSİYA XİN

  • By admin
  • 22 İyul 2020 15:10

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regionun və danışıqlar prosesində iştirak edən bütün ölkələrinin marağındadır”.

Gununsesi.org-un verdiyi məlumata görə , bunu Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Qruşko TASS agentliyinin baş direktorunun müavini Mixail Qusmana müsahibəsində deyib.

“Hesab edirik ki, təkcə Rusiya yox, digər ölkələr – bu regionda sabitliyin möhkəmlənməsini istəyən digər dövlətlər də tərəfləri sülhə, atəşi dayandırmağa çağıran bəyanatlar verməlidir, – deyə o bildirib.

 

 

Gununsesi.org