Koronavirusa yoluxan jurnalisti süni nəfəs aparatına qoşdular

  • By admin
  • 22 İyul 2020 15:13

İctimai Televiziyanın İnformasiya Departamentinin böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu koronavirusa yoluxub.

Gununsesiaz.info bildirir ki, Modern.az-ın məlumatına görə, jurnalist “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Ə.Fəqanoğlunun vəziyyəti ağırlaşdığından süni tənəffüs aparatına qoşulub.

Milli Mətbuat Günündə həmkarımıza Allahdan şəfa diləyirik!

Gununsesia.info