“Apple” karbon qazının buraxılmasına son qoyacaq

“Apple” şirkəti istehsalat zənciri boyunca atmosferə karbon qazının buraxılmasına 2030-cu ilədək son qoymağı hədəfləyir.

Gununsesi.org şirkətin saytında yerləşdirilən açıqlamaya istinadən xəbər verir ki, sözügedən hədəf “Apple” məhsulları üçün ayrı-ayrı parçaları istehsal edən tərəfdaş şirkətləri də ehtiva edir. Bu hədəfə çatmaq üçün xüsusi “yaşıl” texnologiyalar hazırlamaq nəzərdə tutulur.

Bütövlükdə təmiz enerji növlərinin tətbiqi vs. üsullarla şirkətin atmosferə istilik qazlarının buraxılmasını 75 faiz azalda biləcəyi gözlənilir.

“Hamımızın paylaşdığı bu planetin ortaq qayğısından doğan daha dayanıqlı gələcək yaratmağa yardım etmək üçün sahibkarlıq dərin bir fürsətə malikdir. Ətraf mühitlə bağlı fəaliyyətimizə güc verəcək planetə faydalı olmaqla yanaşı həm də məhsullarımızı daha səmərəli enerji sərfiyatı ilə istehsal etməyə kömək edəcək, dünya boyu onlayn təmiz enerjinin yeni mənbələrini qazandıracaq. İqlim fəaliyyətləri innovativ imkanlar, iş yerləri açmaq, dayanıqlı iqtisadi artım baxımdan yeni bir dövrün əsasını qoya bilər. Karbon qazından imtina etmək vədimizlə daha çox dəyişikliyə vəsilə olacağımıza inamımızı ortaya qoyuruq”, – “Apple” baş icraçı direktoru Tim Kuk fikirlərini çatdırıb.

Qeyd edək ki, 1976-cı ildə yaradılmış və Kaliforniyanın Kupertino şəhərində yerləşən “Apple” iPhone smartfonları, iPad planşetləri, iMac kompüterləri, MacBook notbukları, iPod playerləri və s. məhsullar istehsal edir və bazarda ən iri şirkətlərindən biridir.

 

Gununsesi.org