Turistlərə Rusiyada istirahət etmək müqabilində pul təzminatı ödəniləcək

  • By admin
  • 22 İyul 2020 15:30

Rusiyada istirahət etmək istəyən turistlər pul təzminatı alacaqlar.

Gununsesiaz.info bildirir ki, “İzvestiya”nın məlumatına görə, bunu RF-in Baş naziri Mixail Mişustin deyib.

Onun sözlərinə görə, təzminat turdan asılı olaraq 5000-15000 rubl (120-360 AZN) arası dəyişəcək. Bunun üçün hökumət 15 milyard rubl (360 milyon AZN-ə yaxın) ayırıb.

“Bu pullar cari ilin sonuna qədər Rusiya regionlarında istirahət etmək qərarı verən insanların  xərclərinin qismən təzminatı üçün ayrılıb”, – deyə, hökumət başçısı bildirib.

Gununsesiaz.info