Rusiyada güclü qar 35 min nəfəri işıqsız qoydu

  • By admin
  • 05 Fevral 2018 19:12


Rusiyanın 6 bölgəsində aramsız qar yağışı fəsadlara səbəb olub.

Gununsesi.info xəbər verir ki, qar xüsusən Volqaqrad, Ulyanovsk, Saratov, Kalyuqa, Penza və Vladimir bölgəsində güclü olub.

Məlumata görə, 35 min nəfər işıqsız qalıb. İşıqların kəsilməsinə səbəb olaraq elektrik naqillərinin yağan qarın ağırlığına tab gətirmədiyi və ağacların xətlərin üzərinə aşması göstərilib.

Fövqəladə Hallar Nazirliyi hazırda fəsadın aradan qaldırılması üçün çalışmalar aparır.

 

Gununsesi.info