Rusiyada hərbi hissədə əsgərləri güllələyənin şəxsiyyəti bilindi

  • By admin
  • 25 Oktyabr 2019 18:30

Rusiyanın Zabaykal diyarında hərbi hissədə əsgərləri güllələyən hərbçinin şəxsiyyəti müəyyənləşib.

Gununsesi.org Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayəti 20 yaşlı əsgər Ramil Şamsutdinov törədib. 8 hərbçini öldürüb, 2-ni yaralayan Ramilin hadisəni şəxsi problemlər fonunda əsəb sisteminin pozulması nəticəsində törətdiyi bildirilmişdi. Digər məlumata görə isə, Şamsutdinov əsgər yoldaşlarını qeyri-qanuni münasibətlər səbəbindən güllələyib.

O, polisə ifadəsində əməlindən peşman olmadığını deyib.