Rusiyada “iPhone” casus texnikası adlandırıldı

“iPhone” ABŞ hakimiyyətinin sahiblərini dinləmək üçün cihazlar yerləşdirdiyi casus texnikasıdır”.

Gununsesi.info xəbər verir ki, bu barədə “Qovorit Moskva”ya Rusiya Dövlət Dumasının Büdcə və Vergi Komitəsinin üzvü Yevgeni Fyodorov danışıb.

Onun sözlərinə görə, ABŞ xüsusi xidmət orqanlarında “Apple” qadağan olunub. Çünki burada hərbi xarakterli funksiyalar da var.

Y.Fyodorov həmçinin “G” texnologiyasının ABŞ laboratoriyalarında yaradıldığını bildirib.

 

 

Gununsesi.info