Rusiyada Konstitusiyaya düzəlişlər üzrə səsvermə qurtardı

  • By admin
  • 01 İyul 2020 22:23

Moskvada və Rusiyanın çox hissəsində ölkə Konstitusiyasına düzəlişlər üzrə səsvermə qurtarıb.

Gununsesi.org xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının məlumatlarına əsasən yerli vaxtla saat 20:00-da seçici fəallığı 64,99% təşkil edib, onlardan 71,99%-i dəyişikliklərin lehinə səs verib.

Qeyd edək ki, ölkədə ilk olaraq Kamçatka diyarı və Çukotsk muxtar dairəsində səsvermə başa çatıb. Bir saat sonra isə Kalininqrad vilayətində seçki məntəqələri bağlanacaq.

Xatırladaq ki, səsverməyə 206 düzəliş çıxarılıb. Onlar Dövlət Dumasının deputatları artıq düzəlişləri qəbul ediblər, Konstitusiya Məhkəməsi isə düzəlişləri qanuni elan edib.

 

 

Gununsesi.org