Rusiyada mədəndə qəza baş verdi

  • By admin
  • 24 Mart 2022 09:50

Rusiyanın Kemerovo vilayətindəki “Osinnikovskaya” mədənində qəza olub.

Gununsesi.info xəbər verir ki, bu barədə əməliyyat xidmətlərindəki mənbə bildirib.

Məlumata əsasən, mədəndə uçqun və qaz ayrılması baş verib.

“Bir nəfərin axtarışları davam edir, onun dağıntılar altında olduğu ehtimal edilir”, – deyə qeyd olunub.

Gununsesi.info