Rusiyanın Stavropol şəhərində mağazalardan birində “Əl-Qaidə” terror təşkilatının keçmiş rəhbəri Usame ben Ladenin oyuncaq fiqurunun satışa qoyulması sosial şəbəkələrdə böyük səs-küy yaradıb.
Gununsesi.org “İnterfaks”a istinadən xəbər verir ki, Ben Ladenin fiqurunu görən müştərilərdən bəziləri hüquq-mühafizə orqanlarının əməkdaşlarını bununla bağlı tədbir görməyə çağırıb. Etirazlardan sonra oyuncaq satışdan çıxarılıb.
Gununsesi.org












