
Fevralın 11-də Moskva ətrafında qəzaya uğrayan Moskva-Orsk avireysini həyata keçirən An-148 təyyarəsinin ikinci pilotu milliyətcə erməni Sergey Qəmbəryan olub.
Gununsesi.info “komsomolskaya pravda”ya istinadən xəbər verir ki, Sergey Qəmbəryan Rusiya vətəndaşı olub.
Qeyd edək ki, bu gün Moskva-Orsk reysini həyata keçirən “Saratov Hava Yolları”na məxsus “An-148” sərnişin təyyarəsi “Domodedovo” hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.

Gununsesi.info












