
Rusiyada raket anbarında partlayış olub. Gununsesi.info rian-ru-ya istinadən xəbər verir ki, bu gün Rusiyanın Astarxan vilayəti Xarabalin rayonu ərazisində Aşuluk poliqonunda parlayışla müşaiyət olunun yanğın baş verib. İlkin məlumatlara görə partlayışla müşaiyət olunan yanğın raket ehtiyat hissələri saxlanılan anbarda baş verib. Anbarda raket mühərriki və digər ehtiyat hissələri olub. Hadisə yerinə artıq komissiya yola düşüb. Yanğın zamanı poliqona yaxın hərbi şəhərcikdən və poliqonun özündən ümumilikdə 600-ə yaxın insan təxliyyə olunub.
Gununsesi.info