Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi - YARALILAR VAR

  • By admin
  • 12 Sentyabr 2021 21:39

Rusiyanın İrkutsk vilayətində “L-410” sərnişin təyyarəsi qəza enişi edib.

Gununsesi.info xəbər verir ki, göyərtəsində 16 nəfər olan təyyarə Kazaçinsk yaşayış məntəqəsinin 4 kilometrliyində tayqada yerə enib.

Kazaçinsk yaşayış məntəqəsində 14 sərnişinin və 2 heyət üzvünün olduğu təyyarənin sərt eniş etməsi nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. İlkin məlumata görə, təyyarə eniş zamanı parçalanıb. Bir neçə nəfər salondan çıxmağa müvəffəq olub.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib. Nazirlikdən bildirilib ki, hadisənin təfərrüatları araşdırılır. Əraziyə xilasedicilər cəlb edilib.

Gununsesi.info