Rusiyada xəstə karantindən qaçdı, polislər səfərbər olundu

  • By admin
  • 16 Mart 2020 10:28

Moskvada karantin mərkəzindən koronavirusa yoluxmuş xəstə qaçıb.

Gununsesi.org bildirir ki, bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, ilkin yoxlamalar zamanı Marina adlı şəxsdə COVID-19 təsdiqlənib və o, karantinə alınıb. Lakin xəstə tibbi müəssisəni yüngül geyimdə və başmaqda gizli tərk edərək naməlum istiqamətə yollanıb.

Hazırda Rusiyanın paytaxtında polis və həkim briqadası onun axtarışını aparır. Marinanın qayıda biləcəyi ehtimalı ilə evinin yanında hüquq mühafizəçiləri növbə çəkirlər.

Karantin qaydalarını pozduğu üçün qadını qeyri-müəyyən vaxta qədər məcburi yerləşdirmə və ya cinayət məsuliyyətinə cəlb olunma cəzası gözləyir.

Gununsesi.org