
Soçidə baş tutacaq Suriya Milli Konqresinin iclasında bütün tərəflər yer almalıdır.
Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirini müavini Mixail Boqdanov Türkiyə tərəfinin PYD ilə bağlı etirazlarına cavab olaraq deyib.
“Türkiyəli partnyorlarımızla əlaqədəyik. Demokratik Birlik Partiyasınındakı (DBP) bütün tərəflərin və Suriyadakı digər kürd toplumlarının suriyalı olması düşüncəsi ilə hərəkət edirik. Bu kürdlər Suriyanın vətəndaşıdır, Türkiyənin deyil. Ona görə də ayrıseçkilik etməyin tərəfdarı deyilik. Konqresdə bütün tərəflər – kürd, ərəb və və s. məzhəbdə olanlar iştirak edəcək”, – Rusiya rəsmisi bildirib.
Qeyd edək ki, Türkiyə tərəfi PYD-nin konqresdə iştirakının qəti əleyhinədir.
Gununsesi.info












