Rusiyadan qaz və nefti tamamilə dayandırırıq – JETTEN

  • By admin
  • 22 Aprel 2022 19:24

Niderland hökuməti ilin sonuna qədər Rusiyadan qaz, neft və kömürün bütün alışlarını tamamilə dayandırmaq niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin iqlim və energetika naziri Rob Jetten bildirib.

Nazirin sözlərinə görə, enerjiyə qənaət etməklə və digər ölkələrdən mayeləşdirilmiş təbii qaz idxal etməklə bu ilin sonuna qədər Rusiyadan enerji asılılığından azad olunacaq.

Gununsesi.info