Rusiyadan Türkiyədəki seçkilərlə bağlı açıqlama

  • By admin
  • 15 May 2023 17:30

“Türk xalqının seçimini hörmətlə yanaşırıq”

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu açıqlamanu Rusiya rəsmisi Dmirti Peskov  səsləndirilib.

Moskvadakı mətbuat toplantısında jurnalistlərə açıqlama verən Kremlin təmsilçisi Türkiyə ilə geniş işbirliyi içində olduqlarını dilə gətirib.

“Enerji, turizm, kənd təsərrüfatı, quru yolu daşımaçılığı sahələrində qarşılıqlı faydanı təmin edən əməkdaşlıq çətiri altında Türkiyə ilə birləşmiş durumdayıq. Bu əməkdaşlıq rus və türk xalqının mənfəəətləri yönündə inkişaf edir. Bu üzdən, Türkiyədəki seçkilərlə bağlı gələn xəbərləri böyük bir maraqla izləyirik”.

“Türk xalqının seçiminə hörmətlə yanaşacağıq. Ancaq hər durumda əməkdaşlığımızın davam etməsini, dərinləşməsini və genişləməsini gözləyirik”, – deyə Peskov bildirib.

Türkiyənin güclü və suveren bir ölkə olduğunu söyləyən Rusiya rəsmisi onun şəffaf və demokratik seçkiləri təmin edən, hər cür qanunsuzluğu önləyə bilən bir dövlət olduğunu ifadə edib.

Tərcümə: Arzu

Gununsesi.info