Rusiyadan Türkiyəyə isti mesaj: Türkiyə ilə yaşanan böhran sona çatacaq

  • By admin
  • 10 İyun 2016 15:35

Russian General

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Qara dəniz Donanmasının komandiri Aleksandr Vitko “Admiral Qriqoryeviç” döyüş gəmisinin Sevastopola gəlməsi münasibətilə təşkil edilən mərasimdə deyib.

 

“Qara dəniz ətrafında yerləşən ölkələrin hamısına hörmət edirik. Ümid edirəm, Türkiyə ilə yaşanan böhran sona çatacaq və qonşularımızla tərəfdaş səviyyədə əməkdaşlığımız davam edəcək”, – Vitko bildirib.

 

Qeyd edək ki, Türkiyə ötən ilin noyabrında hava sərhədini xəbərdarlıq etmədən pozan Rusiyanın Su-24 bombardmançısını vurub və bundan sonra iki ölkə arasında münasibətlər gərginləşib.   (Axar.az )