Rusiyalı lider: “Rusiya pis, Avropa pis, Türkiyə pis, Yaxın Şərq pis” - İTTİHAM

  • By admin
  • 06 İyun 2016 17:10

Jirinovsky

 

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski ABŞ-ı ittiham edəcək bəyanatla çıxış edib. Gununsesi.info xəbər verir ki,  Jirinovskiy bəyan edib ki, Türkiyə ilə Rusiya arasındakı münasibətləri Vaşinqton pozub. Partiyanın rəsmi saytının verdiyi məlumata görə, Rusiya-Türkiyə münasibətlərinin pozulması ancaq ABŞ-ın maraqlarına cavab verir. “Məgər iki ölkə arasında münasibətlərin pozulmasına rus təyyarəsinin vurulmasımı oldu?! Rusiya Türkiyə arasındakı yaxşı münasibətlər ABŞ-ı qorxudurdu. Yaranan indiki konfliktdən sonra Amerika özü üçün orada münasibət şərait formalaşdırıb. Avropa pis, Türkiyə pis, Rusiya pis, Yaxın Şərq pis”, – deyə Jirinovskiy vurğulayıb. Liberalların lideri onu da əlavə edib ki, amerikalılar onsuz da yaranməş vəziyyətlə bağlı hər hansı məsuliyyət daşımır.

Qeyd edək ki, V. Jirinovskiy hər zaman Türkiyənin əleyhinə çıxış edən rus siyasətçilərdən biri olub. O bu düşmənçiliyini son Türkiyə-Rusiya münasibətlərində də ortaya qoydu. Ancaq onun birdən-birə Türkiyəyə qarşı isti münasibət göstərməsinin arxasında ciddi məsələlərin dayandığından xəbər verir. Ola bilsin ki, artıq Kreml Ankara ilə münasibətlərin pozulmasının onlara baha başa gəldiyini anladığından, barışıq niyyətini Jirinovskiy belə bir bəyanatla ortaya qoyub.

Gununsesi.info