Rusiyanın ABŞ-dakı seçkiyə müdaxiləsi ilə bağlı – Araşdırma

  • By admin
  • 20 Mart 2017 22:25

James Comey, the director of the Federal Bureau of Investigation, arrives to testify before the Senate Intelligence Select Committee during an open hearing.

 

Federal Təhqiqatlar Bürosu Rusiyanın ABŞ-dakı seçki kampaniyasına müdaxiləsi ilə bağlı araşdırma aparır.

APA-nın verdiyi xəbərə görə, bunu Nümayəndələr Palatasının xüsusi komitəsinin iclasında FTB rəhbəri Ceyms Komi bəyan edib.

“Hazırda araşdırmalar davam edir və hər hansı nəticə çıxarmaq hələ ki, tezdir. Təbii ki, mən araşdırmanın bütün detallarını açıqlaya bilmərəm. Bu olduqca mürəkkəb prosesdir, biz hələ ki işlərin nə vaxt başa çatacağını dəqiq deyə bilmərik ”, deyə C.Komi bildirib. C.Komi qeyd edib ki, söhbət əsasən Donald Trampın seçkiqabağı kampaniyasına yaxın şəxslərdən gedir.

 

Gununsesi.info