Rusiyanın Birinci kanalının müxbiri Ukraynadan deportasiya edilib

  • By admin
  • 30 Avqust 2017 23:09

15013957761

Rusiyanın Birinci kanalının müxbiri Anna Kurbatova Ukraynadan ölkəsinə deportasiya edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Elena Qitlyanskaya “Feysbuk” səhifəsində yazıb.

“Anna Kurbatova Ukrayna-Rusiya sərhədini keçib. Ona 3 il müddətinə Ukrayna ərazisinə daxil olmağa qadağa qoyulub”, Elena Qitlyanskaya yazıb.

Gununsesi.info